Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir

324

Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam etməkdədir.

Şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 oktyabr 2019-cu il tarixində startı “Sumqayıt Bulvarı”ndan verilmiş şəhərin 70 illik yubileyinə həsr edilmiş kross üzrə şəhər birinciliyinə şəhər İcra Hakimiyyətinin qarşısında yekun vurulmuşdur. Yarışda şəhərin idman məktəbləri, cəmiyyətləri və klublarının 100-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışdır.

Tədbirin açılış mərasimində şəhər icra hakimiyyəti başçısı cənab Zakir Fərəcəov çıxış edərək Sumqayıt şəhərinin bütün sahələrdə mövcud inkişafı, əldə edilmiş nəaliyyətləri nəzərə alaraq şəhərin 70 illik yubileyinin ölkədə geniş qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 14 fevral 2019-cu il tarixində sərəncam imzaladığını bildirdi. Qızıl hərflərlə həkk olunmuş bu tarixin hər bir Sumqayıt vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir dövr olduğunu qeyd etdi. Şəhər başçısı çıxışını davamında qeyd etdi ki, Bütöv Azərbaycanın fonunda son illər özünün yeni inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirdiyini, şəhərimizdə həyata keçirilən abadlıq və quruculuq işləri şərəfli dövlətçilik tariximizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması kimi məsələlərini xüsusi vurğulamışdır. Bütün bunların ölkə rəhbəri cənab İlham Əliyevin qayğısının Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəmin olduğunu, Sumqayıtın artıq nəinki respublikamızın, Avropanın və dünyanın gözəl diyarlarından birinə çevrildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Şəhər icra hakimiyyəti başçısı cənab Zakir Fərəcəov yarışın qalib və mükafatçılarını təltif etmiş, onlara medal, fəxri fərman, kubok və xatirə hədiyyələri təqdim etmişdur.

Sonda qaliblər və şəhərin idman ictimayyətilə xatirə şəkili çəkdirilmişdir.

Yarışın yekununa əsasən Fərid Niftəliyev I yeri, Əsəd Baxışov və Vasif Atayev müvafiq olaraq II və III yeri tutmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər