Sumqayıt Teatrı Bakı səhnəsində - FOTOLAR

160

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrı daha bir bayram ovqatı yaşadıb.

Teatrdan verilən xəbərə görə, Dövlət Başçısının dahi dramaturq C.Cabbarlının 120 illiyinin xüsusi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazırliyinin təşkilatçilığı ilə noyabrın sonu Cəfər Cabbarlı həftəsi çərçivəsində teatr bayramı keçirilir. Bakı və bölgə teatrlarının qatıldığı tədbirdə ədibin ayrı-ayrı əsərləri nümayiş etdirilir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Sumqayıt Dövlət Dram Teatrında ərsəyə gəlmiş “Solğun çiçəklər” tamaşası oynanılınıb. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Plastik həll və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Quruluşçu rejissor Elşən Zeynallının klassikaya yeni baxış bucağı özünü maraqlı traktovkada göstərib. Teatr ictimaiyyəti, gənclər, ziyalılar, bir sözlə müxtəlif kontingentdən olan insanlar iki saat ərzində bir ortaq düşüncəyə, zövqə gətirən tamaşanın qeyri-adi yozumu və truppanın mükəmməl oyunu olub.

Qeyd edək ki, obrazları əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov və Rövşən Əsgərov canladırırlar. Tamaşadan sonra maraqlı müzakirə olub. Cəfər Cabbarlının nəvəsi Qəmər xanım yaradıcı heyətə minnətdarlığını bildirdi. O söylədi ki, Cəfər Cabbarlı təfəkkürünü və ruhunu qoruyub saxlamaqla müxtəlif dəyişikliklər, eksperimentlər yerinə düşür və pyesin uzunömürlülüyünə fayda verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər