Sumqayıt Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir – FOTOLAR

608

Son dövrlər Sumqayıt şəhəri genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işləri ilə diqqət mərkəzindədir.

Ölkə başçısının diqqət və qayğısı nəticəsində şəhərdə yol infrastrukturu yenidən qurulur, çoxmənzilli binaların dam örtükləri yenilənir, yararsız vəziyyətdə olan liftlər müasirəri ilə əvəzlənir, binaların fasadları təmir olunur.  Bununla yanaşı Sumqayıt Şəhər Dənizkənarı Bulvar layihəsi uğurla həyata keçirilir, orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi məktəblərində işlər yekunlaşmaq üzrədir.

Son dövrlər həyata keçirilən mühüm işlərdən biri də 60 il öncə tikilmiş Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmirinə başlanılması oldu.

Bu gün Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Dram Teatrınının binasında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.  

Qeyd olunub ki, yüksək zövq və keyfiyyətlə aparılan təmir və yenidən qurma işləri yekunlaşmaq üzrədir. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub.

Bildirilib ki, teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılıb.

Vurğulanıb ki, teatrın müasir üslubda yenidən qurulması Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olacaq, şəhərin mədəni həyatı daha da canlanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər