Sumqayıtda abadlıq-quruculuq işləri geniş vüsət alıb – VİDEO

1337

Prezident  İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin  aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda  mövcud olan problemlərin aradan qaldırılması istiqamətində iri həcmli infrostruktur layihələr  həyata keçirilir. Şəhərdəki çoxmənzilli yaşayış binalarının  dam örtüyü dəyişdirilir, fasad hissələri  yenilənir,məhəllə daxili yollara asfalt vurulur.Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün  yeni inzibati bina və   Bayraq Muzeyi tikilir.
Bu gün Sumqayıt şəhəri  yeni inkişaf mərhələsini yaşayır. Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən  dövlət başçısının  hərtərəfli  qayğısı sayəsində şəhərdə  əsaslı və  kompleks yenidən qurma işləri görülür.Sumqayıt Şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi proqram çərçivəsində  şəhərdə  yol nəqliyyat infrastrukturunun da inkişafı diqqət mərkəzində saxlanılır. Ölkə prezidentinin  sərəncamı ilə bu yaxınlarda şəhər  daxili yolların təmiri üçün  dövlət büdcəsindən ayrılan 4 milyon manat  vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib.Hazırda  mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.Cari ilin yanvar ayından bu günədək  1,5,8,9- cu mikrarayonda,3 və 4-cü məhəllədə daxili yollara,Rəhman Qəhrəmanov,Səməd bəy Mehmandarov,Yəhya Məmmədov   və Bakı küçələrində ümumilikdə  300  min kvadratmetr asfalt örüyü vurulub.
Hazırda Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi  işləri də sürətlə davam edir.Qeyd edək ki,Sumqayıtın  mənzil fonduna  cəmi 1364 yaşayış binası daxildir.Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində 10   mikrarayonda və 5 məhəllədə  binaların dam örtüyü dəyişdirilib,ümumilikdə isə şəhər üzrə 400-ə yaxın  binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib.Hazırda isə  1,5,8,9-cu mikrarayonda,3 və 4-cü məhəlldə  binalarıın dam örtüyündə yenilənmə  işləri  gedir. 250   binada 1300  pilləkən qəfəslərində ağartma işləri aparılıb,binaların girişlərinə yeni dəmir kodlu  qapılar quraşdırılıb. Heydər Əliyev,Nərimanov   prospektindəki   binaların  üz divarları aqlay daşla , memarlıq baxımdan  zövqlə,yüksək peşəkarlıqla  təmir olunmasında işlər yekunlaşmaq üzrədir.Azərbaycan prospektindəki  klassik  və memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən binaların da  fasadları, eyvanları üzlənir.Şəhər sakinləri aparılan abadlıq quruculuq işindən və ölkə prezidentinin məqsədyönlü siyasətindən razılıqlarının bildirirlər.
Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində Yeni Azərbaycan Partiyası  Sumqayıt şəhər təşkilatına yeni inzibati bina tikilir.Ümumilikdə 4 min  kvadratmetr sahəni əhatə edəcək bina 2 mərtəbədən və mansar hissədən ibarət olacaq. Binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da fəaliyyət göstərəcək.Bundan başqa dənizkənarı bulvarda 2 min  kvadrat metrə yaxın tikiniti sahəsi olan iki mərtəbəli Bayraq Muzeyində də tikinti işləri sürətlə davam edir.

Şəhərin mərkəzində fəaliyyət göstərən müasir  standartlara cavab verməyən “Şərq bazarı”  sökülərək yerində daha yeni,daha müasir,daha geniş  ticarət mərkəzi tikiləcək.Bu da yeni iş yerlərinin açılması deməkdir.Hazırda ərazidə söküntü işləri aparılır. Şəhərdəki park və xiyabanlar da yenidən qurlur.9-cu mikrarayondakı Lüdviqsafen  İstirahət  Parkı da yenidən qurulub   və sakinlərin istifadəsinə verilib.Parka  tamet döşənib,uşaqlar üçün atraksionlar quraşdırılıb, skamyalar və zibil qutuları, həmçinin   park daxili işıq dirəkləri qoyulub.Görkəmli Azərbaycan yazıçıları Səməd Vurğunun və Cəfər Cabbarlının da barelyefləri təmir olunub,yenilənib. Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri ilk növbədə şəhərin inkişaf strategiyasına əsaslanır. Abadlaşan küçələr müasirləşən Sumqayıtın memarlıq simasına yeni çalarla qatır.Prezident  İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına  göstərdiyi diqqət və qayğının nəticəsi olaraq şəhərdə iri həcmli infrostruktur layihələr  bundan sonra da davam etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər