Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində iri həcmli infrostruktur layihələr həyata keçirilir. Şəhərdəki çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilir, fasad hissələri yenilənir,məhəllə daxili yollara asfalt vurulur.Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati bina və Bayraq Muzeyi tikilir.
Bu gün Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində şəhərdə əsaslı və kompleks yenidən qurma işləri görülür.Sumqayıt Şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi proqram çərçivəsində şəhərdə yol nəqliyyat infrastrukturunun da inkişafı diqqət mərkəzində saxlanılır. Ölkə prezidentinin sərəncamı ilə bu yaxınlarda şəhər daxili yolların təmiri üçün dövlət büdcəsindən ayrılan 4 milyon manat vəsait yol infrastrukturunun yenidən qurulmasını daha da sürətləndirməyə imkan verib.Hazırda mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.Cari ilin yanvar ayından bu günədək 1,5,8,9- cu mikrarayonda,3 və 4-cü məhəllədə daxili yollara,Rəhman Qəhrəmanov,Səməd bəy Mehmandarov,Yəhya Məmmədov və Bakı küçələrində ümumilikdə 300 min kvadratmetr asfalt örüyü vurulub.
Hazırda Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işləri də sürətlə davam edir.Qeyd edək ki,Sumqayıtın mənzil fonduna cəmi 1364 yaşayış binası daxildir.Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində 10 mikrarayonda və 5 məhəllədə binaların dam örtüyü dəyişdirilib,ümumilikdə isə şəhər üzrə 400-ə yaxın binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib.Hazırda isə 1,5,8,9-cu mikrarayonda,3 və 4-cü məhəlldə binalarıın dam örtüyündə yenilənmə işləri gedir. 250 binada 1300 pilləkən qəfəslərində ağartma işləri aparılıb,binaların girişlərinə yeni dəmir kodlu qapılar quraşdırılıb. Heydər Əliyev,Nərimanov prospektindəki binaların üz divarları aqlay daşla , memarlıq baxımdan zövqlə,yüksək peşəkarlıqla təmir olunmasında işlər yekunlaşmaq üzrədir.Azərbaycan prospektindəki klassik və memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən binaların da fasadları, eyvanları üzlənir.Şəhər sakinləri aparılan abadlıq quruculuq işindən və ölkə prezidentinin məqsədyönlü siyasətindən razılıqlarının bildirirlər.
Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatına yeni inzibati bina tikilir.Ümumilikdə 4 min kvadratmetr sahəni əhatə edəcək bina 2 mərtəbədən və mansar hissədən ibarət olacaq. Binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da fəaliyyət göstərəcək.Bundan başqa dənizkənarı bulvarda 2 min kvadrat metrə yaxın tikiniti sahəsi olan iki mərtəbəli Bayraq Muzeyində də tikinti işləri sürətlə davam edir.
Sumqayıtda abadlıq-quruculuq işləri geniş vüsət alıb – VİDEO
•
1422
Şəhərin mərkəzində fəaliyyət göstərən müasir standartlara cavab verməyən “Şərq bazarı” sökülərək yerində daha yeni,daha müasir,daha geniş ticarət mərkəzi tikiləcək.Bu da yeni iş yerlərinin açılması deməkdir.Hazırda ərazidə söküntü işləri aparılır. Şəhərdəki park və xiyabanlar da yenidən qurlur.9-cu mikrarayondakı Lüdviqsafen İstirahət Parkı da yenidən qurulub və sakinlərin istifadəsinə verilib.Parka tamet döşənib,uşaqlar üçün atraksionlar quraşdırılıb, skamyalar və zibil qutuları, həmçinin park daxili işıq dirəkləri qoyulub.Görkəmli Azərbaycan yazıçıları Səməd Vurğunun və Cəfər Cabbarlının da barelyefləri təmir olunub,yenilənib. Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri ilk növbədə şəhərin inkişaf strategiyasına əsaslanır. Abadlaşan küçələr müasirləşən Sumqayıtın memarlıq simasına yeni çalarla qatır.Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq şəhərdə iri həcmli infrostruktur layihələr bundan sonra da davam etdiriləcək.