Sumqayıtda ağır yol nəqliyyat hadisəsi

1902
Sumqayıtda piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qəza Sumqayıtın ikinci giriş hissəsində baş verib. Belə ki, Sumqayıt şəhər 9-cu mikrorayon sakini, 1970-ci il təvəllüdlü Ramil Fəxrəddin oğlu Rəhimov Saray körpüsü adlanan yerdə yolu keçmək istəyərkən, qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub. Ağır yol nəqliyyat hadisəsi zamanı R.Rəhimov ağır kəllə beyin travması alıb.
Yaralı Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Rəhimovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (xeberle.com)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər