Sumqayıtda aprel şəhidi Raquf Orucovun anım mərasimi keçirilib

786

Sumqayıt şəhər Şəhidlər Xiyabanında 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmançasına şəhid olmuş kəşfiyyatçı komandir, polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirilib.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Qənirə Paşayeva, şəhid polkovnikin ailə üzvləri  və döyüş yoldaşları, şəhər sakinləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanına gələrək polkovnik Raquf Orucovun məzarını ziyarət ediblər. Burada şəhidin məzarına tər çiçəklər düzülüb, onun ruhuna dualar oxunub.

Daha sonra tədbir iştirakçıları kəşfiyyatçı komandirin məzarı önündə çıxış edərək aprel döyüşlərinin əhəmiyyətindən, həmin döyüşlər zamanı hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər