Sumqayıtda “Bir kitab oxudum, həyatım dəyişdi” – FOTOLAR

692

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Bir kitab oxudum, həyatım dəyişdi” layihəsi çərçivəsində tədbir təşkil edilib. Gənc yazarların, ədəbiyyat həvəskarlarının, oxucuların iştirakı ilə keçirilən tədbirdə gənclər “Bir kitab oxudum, həyatım dəyişdi” mövzusunda təqdimatla çıxış ediblər.
Tədbirdə qeyd olunub ki, layihənin əsas məqsədi Sumqayıt şəhərində gənclər arasında kitaba olan marağı artırmaq, kitabın insan həyatında oynadığı rolu təbliğ etmək, gəncləri kitab oxumağa istiqamətləndirməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər