Sumqayıtda daha bir yenilik - kartinq

1756

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə bu əyləncəli idman növü üçün nəzərdə tutulan meydança yaxın vaxtlarda istifadəyə veriləcək

Gənclər şəhərində daha bir yenilik gerçəkləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, Sumqayıtda ilk dəfə kartinq istifadəyə veriləcək. Yeni bulvar ərazisində nəzərdə tutulan yerdə artıq betonlama işlərinə start verilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə bu əyləncəli idman növü üçün planlaşdırılan meydança yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd edək ki, Sumqayıt şəhəri bu il 70 illik yubileyini qeyd edir. Gələn ay şəhərdə bir sıra mədəni-ictimai obyektlər istifadəyə veriləcək. Belə ki, ilin əvvəlindən tikintisi başlayan Muğam mərkəzi və “Nizami” kinoteatrında artıq tamamlanma işləri aparılır. Sözügedən obektlərin açılışı Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı nəzərdə tutulub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər