Sumqayıtda DYP əməkdaşlarının fədakarlığı nəticəsində xəstənin həyatı xilas olunub

1035

DYP  əməkdaşlarının köməkliyi ilə liftdə qalan xəstə dərhal xilas olunmuş və həyati təhlükəsi aradan qaldırılıb.

Bu barədə sumqayitxeber.com-a  Sumqayıt şəhər “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev məlumat verib.

Sumqayıt şəhər “Lift-Servis” Birliyinin Mərkəzi Dispetçer Xidmətinə təcili tibbi yardım xəstəxanasından ağır xəstənin liftdə qalması ilə bağlı məlumat daxil olub. Dispetçer xidməti dərhal bu barədə şəhərin 17 mikrorayon ərazisində çağırışda olan növbətçi elektrik mexanikinə tapşırıq verib.

Növbətçi mexanik Məmmədov Vaqif dərhal işi dayandıraraq özünü xəstəxanaya çatmaq məqsədilə maşına oturmaq istərkən, yaxında xidmətdə olan Hunday  99-YP156 nömrə nişanlı DYP-nin avtomobilinə yaxınlaşmış onu hərəkətin intensivliyini nəzərə alaraq təcili xəstəxanaya qədər müşayət etməklərini xahiş edib.

DYP-nin əməkdaşları dərhal onu xəstəxanaya qədər müşayət etmiş, nəticədə elektrik mexaniki 7 dəqiqə ərzində ağır xəstəni təxliyyə etmişdir. DYP əməkdaşlarının fədakarlığı nəticəsində xəstə təxliyyə olunaraq həyatı xilas olunub.

Birliyin rəhbərliyi DYP əməkdaşları Əkbərov Sahib Xaliq oğluna və Məmmədov Fikrət Natiq oğluna təşəkkür edir, o cümlədən şəhərin DYP İdarəsinin kollektivinə minnətdarlığını bildirir.

 

                                           

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər