Sumqayıtda İzzət Sadıxovun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub

7839

Sumqayıt şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru, tibb elmləri namizədi İzzət Camal oğlu Sadıxovun baralyefinin açılış mərasimi olub.

Toplantıda Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndələri, tibb işçiləri və şəhər ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov görkəmli şəxsin tibb elminə göstərdiyi xidmətlərdən bəhs edib. Qeyd olunub ki, həkim İzzət Sadıxov 15 yanvar 1926-cı ildə doğulub. 1949-cu ildə Moskva Tibb İnistitutunu bitirib. 1951-1954-cü illərdə Yevlax rayonunun ekspertində həkimcərrah kimi  fəaliyyət göstərib. 1949-cu ildən 1955-ci ilə kimi Moskva şəhərində cərrah işləyib. Toplantıda o da vurğulanıb ki, 1955-1965-ci illərdə Sumqayıt şəhər poliklinikasında baş həkimin müavini, 1965-1967-ci illərdə Şəhər xəstəxanasında cərrahiyə şöbəsinin müdiri, 1967-ci ildən 1997-ci ilə kimi Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1957-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 20 elmi işin müəllifidir.

Dəfələrlə həkimcərrah ixtisası üzrə və sosial gigeyena və səhiyyənin təşkili üzrə Dövlət Həkimlərin təkmilləşdirmə İnstitutunda kurslar keçərək  ali dərəcəli həkim adı verilib.

Bildirildi ki, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, dəfələrlə Sumqayıt şəhər sovetinin teputatı seçilib.

Toplantıda çıxış edən Sumqayıt şəhər Bələdiyyəsinin sədri Soltan Əsədov qeyd edib ki, İzzət Sadıxov Sumqayıt şəhər sakinlərinə və ətraf rayonlara gedərək yerlərdə əhaliyə yüksək səviyyədə tibbi yardım göstərib. O Qarabağ Xalq yardımı Cəmiyyətində də fəaliyyət göstərib.

Digər çıxış edənlər İzzət Sadıxovla bağlı öz xatirələrini bölüşərək onun əvəzsiz xidmətlərindən bəhs ediblər.

İzzət Sadıxovun oğlu Sadıq Sadıxov atasının xatirəsinə göstərilmiş ehtirama görə Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin sonunda İzzət Sadıxovun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər