Sumqayıtda qarısıq döyüş növləri üzrə Azərbaycan çempionatı keçirilib- FOTOLAR

684

Dekabrın 9-da Sumqayıt Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri üzrə (MMA) Azərbaycan çempionatı keçirilib.

Çempionatda fəaliyyət göstərən idman klublarından 23-ü iştirak etmişdir. Ümumilikdə 100-dən çox idmançının iştirak etdiyi yarışların final mərhələsi olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçmişdir.

Sumqayıt  Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə belə mötəbər yarışın Sumqayıtda təşkil edildiyi üçün federasiyanın rəhbərliyinə öz adından və sumqayıt idmançıları adından razılığını bildirmiş və hər kəsi salamlamışdır.

MMA Federasiyasının prezidenti Rəşad Həsənov idmançılara yaradılan şərait üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkürünü bildirmişdir.

Sonda bir-birinin ardınca finalçı idmançılar rinqdə maraqlı oyun nümayiş etdirmişlər. Yarışın qalibləri və mükafatçıları müəyyən olunmuş , onlar federasiyanın mükafatlarını almışlar.

MMA Federasiyasının prezidentinə və nümayəndələrinə şəhər icra hakimiyyətinin fəxri fərmanı verilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər