Sumqayıtda sosial aksiyalar davam edir: sakinlərə tibbi maska paylanıldı – FOTOLAR

758

Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.  Komissiya tərəfindən ilk gündən etibarən şəhər sakinləri arasında maarifləndirici tədbirlər həyata keçirilməyə başlanılıb. Bu gün də şəhər ərazisində aidiyatı qurumlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində sosial aksiyalar da həyata keçirilir. Bu gün növbəti dəfə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyada Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin gənc könüllüləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, tibbi maskadan istifadə etməyin vacibliyini qeyd ediblər və  sakinlərə tibbi maskalar paylayıblar.

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər