Sumqayıtda “Üzümə dayanan ürəyim” şeirlər kitabının təqdimat mərasimi keçirilib

159

Z.QafarliSumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada şair Zirəddin Qafarlının “Üzümə dayanan ürəyim” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Ə.Kərim adına “Poeziya” klubunun müdiri şair İbrahim İlyaslı iştirakçıları salamlayaraq Z.Qafarlını 55 illik yubileyi münasibətilə təbrik edib.Tədbirin aparıcısı şairin həyat və yaradıcılığı, kitabda əks olunan şeirləri haqqında oxuculara məlumat verib. Tədqiqatçı alim Vaqif Yusifli, professor Əmirxan Xəlilov, şair Ənvər Əhməd, Azərbaycan Yazıçılar Birliyinin “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Qəşəm Nacəfzadə, şairə xanımlar Zemfira Əlişqızı, Nazilə Gültac, Xatirə Fərəcli və başqaları şairin yaradıcılıq xüsusiyyətlərindən danışıblar.

Tədbir iştirakçıları şairin kitablarından ibarət “Bədii sözün işığında” adlı sərgiyə baxış keçiriblər.

Zirəddin Qafarlının “Haqdan gələn ağrılar”, “Səni gözləyirəm”, “Bu yoldan keçən atlı”, “Hardasan ömrüm günüm” və s. kitabları işıq üzü görüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər