Sumqayıtda “Üzümə dayanan ürəyim” şeirlər kitabının təqdimat mərasimi keçirilib

1084

Z.QafarliSumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada şair Zirəddin Qafarlının “Üzümə dayanan ürəyim” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Ə.Kərim adına “Poeziya” klubunun müdiri şair İbrahim İlyaslı iştirakçıları salamlayaraq Z.Qafarlını 55 illik yubileyi münasibətilə təbrik edib.Tədbirin aparıcısı şairin həyat və yaradıcılığı, kitabda əks olunan şeirləri haqqında oxuculara məlumat verib. Tədqiqatçı alim Vaqif Yusifli, professor Əmirxan Xəlilov, şair Ənvər Əhməd, Azərbaycan Yazıçılar Birliyinin “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Qəşəm Nacəfzadə, şairə xanımlar Zemfira Əlişqızı, Nazilə Gültac, Xatirə Fərəcli və başqaları şairin yaradıcılıq xüsusiyyətlərindən danışıblar.

Tədbir iştirakçıları şairin kitablarından ibarət “Bədii sözün işığında” adlı sərgiyə baxış keçiriblər.

Zirəddin Qafarlının “Haqdan gələn ağrılar”, “Səni gözləyirəm”, “Bu yoldan keçən atlı”, “Hardasan ömrüm günüm” və s. kitabları işıq üzü görüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • İSAQ
    Aprel 26, 2010 - 17:49

    Məlumat üçün təşəkkür edirəm.amma tədbirlər haqqında qabaqçadan məlumat yerləşdirilsə əla olar və bizdə gedib iştirak edək

  • Əli Nəcəfxanlı
    May 2, 2011 - 00:17

    Zirəddin Qafarlı gözəl şairdir. Bulaq suyu kimi təmiz ilhamı, tanrıdan gələn istedadı var. Ona uğurlar arzulayıram

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər