Təkər qaraldan azərbaycanlı uşaqların ürəkdağlayan görüntüləri - "Evə biz baxırıq" - VİDEO

422

Onlar iki qardaşdırlar. Biri 4-cü, digəri 2-ci sinifdə oxuyur. Maşın təkəri qaraldaraq pul qazanır və qazandıqlarını evə xəstə yatan analarına verirlər.

A24.Az xəbər verir ki, sosial şəbəkədə yayılan bu görüntülər uşaqların gələcəyini düşünən hər kəsə təsirsiz öyüşmür. Məktəbdə təhsil almalı olduqları halda küçələrdə maşın təkəri qaraldan uşaqların sonrakı taleyi hər kəsə bəllidir.

Görüntülərdə uşaqlar analarının xəstə olduğunu, atalarının isə onları qoyub getdiyini deyir. Daha sonra onlar 250 saylı məktəbdə oxuduqlarını açıqlayır. Gün ərzində 5 manat pul qazandıqlarını deyən azyaşlılar böyüyəndə hansı peşənin sahibi olmaq istədiklərini də dilə gətirir. Böyük qardaş həkim, kiçiyi isə hərbçi olmaq istədiyini deyir. Təbii ki, onlar arzuladıqları sahədə çalışa bilmələri üçün hazırda məktəbdə, parta arxasında oturmalı idilər.

Həmin ürəkdağlayan görüntüləri təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər