Zakir Fərəcov 1 saylı məktəbdə oldu, şagirdlərlə görüşdü – FOTOLAR

1592

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 29-cu məhəlləsində yerləşən 1 saylı məktəbdə olub. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri müəllim və şagirdlərlə görüşüb.

Vurğulanıb ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Ötən dövr ərzində Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Qeyd olunub ki, 1 nömrəli tam orta məktəb də Prezident İlham Əliyevin sərəncamı ilə sökülərək yerində müasir məktəb tikilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri üzrə buraxılış və qəbul imtahanlarının nəticələrində ümumi təhsildə keyfiyyət irəliləyişləri müşahidə edilir. Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün  kollektivə tövsiyələrini çatdırıb, şəhərdə görülmüş işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təkliflərini dinləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər