Zakir Fərəcov: “Sumqayıtda yeni yarımstansiyaların tikintisinə ehtiyac var”

543

 Sumqayıt şəhər icra hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilir. 
Yığıncaqda ötən il ərzində Sumqayıtda həyata keçirilən tədbirlərdən, mövcud olan problemlərdən və qarşıda duran vəzifələrdən söz açılıb.
İcra başçısı Zakir Fərəcov söyləyib ki, Corat və Zeynalabdin Tağıyev qəsəbəsi, İnşaatçılar, Kimyaçılar, Xəzər bağları və BTZ yaşayış massivləri, həmçinin 9-cu, 20-ci, 21-ci mikrorayonların elektrik enerjisinin yaxşılaşdırılması məqsədilə yeni güc mərkəzləri və yarımstansiyaların tikintisinə ehtiyac var. “Sumqayıtda bir çox hava naqillərinin durumu ürəkaçan deyil. Sumqayıt qaz İstismar Sahəsi tərəfindən Corat, Ceyranbatan, Novxanı qəsəbələrində, Xəzər bağları, Metallurq massivlərində 18840 metr uzunluğunda müxtəlif diametrli qaz zətləri çəkilib. Üstəlik 1696 ədəd “Flash card” tipli qaz sayğacı quraşdırılıb və 8760 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub.”, – sitatın sonu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər