189-190 saylı orta məktəbin birinci sinif şagirdini döyən müəllim işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı uşağın anası Xanım Əliyeva öz feysbuk səhifəsində paylaşıb.
O bildirib ki, iki gün bundan əvvəl baş vermiş hadisə bu gün yekunlaşdırılıb. Təhsil Nazirliyi araşdırma aparıb və uşağı döyən müəllim işdən çıxarılıb. Valideyn məsələnin tez bir zamanda həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.
Xatırladaq ki, müəllim uşağı qələminin mürəkkəbini partanın üzərinə tökdüyü üçün döymüşdü.