Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Mobil dəstə üzvləri 1 mart “Ümumdünya Mülki Müdafiə” günü münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmişlər.
1 mart “Ümumdünya Mülki Müdafiə” günü ilə əlaqədar Respublikanın bütün bölgələrində oldugu kimi Sumqayıt şəhərinin idarə və müəssisələrində, təşkilat və təsərüffat obyektlərində, səhiyyə və təhsil şöbələrində, həmçinin Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsində də silsilə tədbirlər keçirilmişdir. Fövqəladə Hallar Mülki Müdafiə qərargahının 1 saylı şəhər xəstəxanasının qarşısında təşkil etdiyi tədbirə xəstəxananın ayrı-ayrı şöbələri, təcili tibbi yardım maşınları cəlb olunmuşdur. Tədbirdə eləcə də QAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və 15 nəfərdən ibarət xüsusi geyim, dəbilqə ilə təmin olunmuş Mobil dəstə üzvləri də iştirak etmişlər. Mobil dəstə üzvləri tərəfindən Aypara emblemli çadır qurulmuşdur. Mobil dəstə üzvləri ilk yardım verdişlərini nümayiş etdirmiş və iştirakçılara Qızıl Ayparanın fəaliyyətini əks etdirən buklet və braşuralar paylamışlar.Sumqayıt şəhər İcra hakimiyyətinin MMQ-nın rəisi Əli Abbasov, Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev, Fövqəladə Hallar Mülki Müdafiə qərargahının rəisi Zabil Babayev tərəfindən sıra baxışı keçirilmişdir. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova onlara Mobil dəstənin iş prinsipi, malik olduqları avadanlıqlar və texnika haqqında məlumat vermişdir.
Sonda Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev çıxış edərək keçirilən tədbirdə fəal iştirak edən təşkilatlara minnətdarlığını bildirmişdir.