“1000 manat beh vermişəm, Nadir toya gəlmir” – Səs yazısı

1270

“Min manat beh ödəmişəm, ancaq Nadir Qafarzadə toya gəlmir”. Bu sözləri “Qafqazinfo”ya Bakı sakini Fəxri Qasımov deyib. O bildirib ki, 31 avqust tarixində dostunun toyu olacaq və müğənni Nadir Qafarzadənin məclisdə çıxışı üçün prodüseri Ruslan Əliyevə 1000 manat beh verib:

“Nadir Qafarzadənin instaqramda yerləşdirdiyi nörməyə zəng vurdum və Ruslanla 31 avqust tarixində yarımsaatlıq çıxış üçün 2600 manata razılaşdıq,1000 manat da beh ödədim”.

Bəyin dostunun sözlərinə görə, daha sonra vaxtı dəqiqləşdirmək üçün həmin nömrəyə zəng vurub:

“Telefona başqası cavab verdi. Söylədi ki, Nadir Qafarzadənin yeni prodüseridir, Ruslan müğənniyə pul atdığı üçün daha onunla əməkdaşlıq etmir. Onlara beh ödədiyimi bildirdim. Nadir Qafarzadəyə beh çatmadığı üçün toyda çıxış etməyəcəyini dedi. Bu, onların şəxsi problemidir, mən ödədiyim məbləği geri istəyirəm, ya da gəlib toyda iştirak etsin. Əlimdə mesaj və səs yazıları var. Nadir özü də bilir ki, pulu Ruslana vermişik”.

F. Qasımovun redaksiyaya təqdim etdiyi səs yazısında müğənni toya gəlməyəcəyini bildirib. N. Qafarzadə şikayətçiyə Ruslan Əliyevin ev ünvanını və telefon nömrəsini verərək pulu geri almasını təklif edib:

“Mən toya gəlməyəcəm, məclisdən xəbərim yoxdur. Pulu kimə veribsə, ondan alsın. Sizə deyib ki, Nadir Qafarzadəni toya gətirəcək, indi gedib gətirsin. Ayın 31-nə dəftərimə bu toy yazılmayıb. Toya o şərtlə gələrəm ki, 2600 manatımı verəcəksiz, yarım saat oxuyub çıxacam. Mənim nəyimə lazımdır?

“Qafqazinfo” mövzu ilə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlayıb.  Müğənni isə məsələnin ona aidiyyəti olmadığını qeyd edib:

““Qafqazinfo” mən bilən saytdır, məhkəmə-polis deyil ki, sizə şikayət ünvanlayırlar. Bunun üçün polis var. Bu da müğənnilərə qarşı şantajın yeni formasıdır? Beh kimə verilibsə, ondan alınsın. Mənim heç nədən xəbərim yoxdur. Kimlə danışılıbsa, məsələ onunla da həll olunsun. Həmin gün başqa toydayam. Ona da bir köməyim olar ki, Ruslanın ev ünvanını verə bilərəm. Adımı niyə çəkir? Bu məsələyə aidiyyətim yoxdur və məni narahat etməyin. Çox məsuliyyətli vətəndaşam, evimə haram çörək aparmamışam. Bir daha deyirəm, bu məsələyə məni qatmayın”.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər