138-CI TEATR MÖVSÜMÜ SUMQAYITDA AÇILACAQ

634

Bu il 138-ci teatr mövsümünün açılışı Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısındakı meydanda olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Açılış mərasiminin hər il olduğu kimi, sentyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Teatrın qarşısında Azərbaycan teatrlarının yaradıcı kollektivlərinin ifasında tamaşalardan fraqmentlər nümayiş etdiriləcək.

Teatr Muzeyi və M. F. Axundov adına Milli Kitabxananın Azərbaycan teatrına həsr olunmuş sərgisi də keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər