14 yaşında hamilə qalan qızın başına gələnlər — TƏFƏRRÜAT

1180
Xəzər Rayon Məhkəməsində 16 yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsin məhkəməsi başlayıb.

“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Həsənov Arzuman Zeynulla oğlunun məhkəmə prosesinə hakim Tərlan Əkbərov sədrlik edəcək.

Xatırladaq ki, bu ilin iyun ayında Lerik sakini Möhtəmən Sadıxov Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıxovanın anası tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yayıb. Bundan sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıxovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb. İyunun 27-də qızın anasından və Möhtəmən Sadıxovdan izahat alıb.

Möhtəmən Sadıxov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.

Xatırladaq ki, 14 yaşlı Leyla Sadıxovanın atası Möhtəmən Sadıxov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi.

Suraxanı rayonu İcra Hakimiyyətinin azyaşlılar və yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyasının əməkdaşları Hövsanda 14 yaşlı qızın toyunun təyin olunduğu şadlıq sarayında olublar və iyulun 1-nə təyin edilmiş toyun keçirilməsinin qanunsuz olduğunu onlara çatdırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər