23 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq ölüb

738

Sumqayıtda 23 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq ölüb.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gecə Sumqayıt şəhəri, 4-cü mikrorayondakı yataqxanada yaşayan Almaz Qəmbərova paltar asarkən ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.

Qəmbərova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. TREND

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər