3 ildir aliment ödədi, sonra bildi ki, uşaq başqasındandır – Azərbaycanda dəhşətli hadisə

1642

Space TV-də Amil Xəlilin təqdimatında yeni layihə “Gəl Dərdini danış” yayıma başlayıb. Minval.İnfo xəbər verir ki, ilk birbaşa efir maraqlı anlarla yadda qalıb.  İlk olaraq atalığı tərəfindən zorakılığa məruz qalan uşaq və onu küçədən tapan qadın verilişə dəvət olunub.

13 yaşlı Əlinin açıqlamaları hər kəsi göz yaşına boğub.  Anasının Əli haqqında düşüncələri isə ekspertləri özündən çıxardıb.

Daha sonra bacıları tərəfindən küçəyə atıldığını deyən Svetlana xanımın həyat hekayəsi izləyənləri dəhşətə gətirib. Həkim səhlənkarlığının qurbanı olan Svetlana xanımın görüntüsü insanları heyrətləndirib: “Bacılarım bir yandan həkim bir yandan mənə zərbə vurdu”

Verilişin gedişatında Svetlananın jurnalist Cavid Əhmədoğlu  haqqında sərt çıxışı studiyada gərginliyi artırıb. Reklamalara ayrılan veriliş daha sonra gərgin anları ilə davam edib. Xanımın iddiasına görə jurnalist ona intim təklifi edib. Qarşı tərəf isə deyilənləri rədd edib və səbəb göstərib.

Bir az sonra studiyaya Afiq dəvət edilib. Onun iddiası isə daha ağır olub. O bildirib ki, 3 ildir övladına görə aliment ödəyir. Amma son zamanlar bilib ki, uşaq  ondan deyil. İndi məhkəməyə görə verilişə müraciət edib. Qarşı tərəfdə birbaşa efirə qoşulub və iddialara cavab verib.

Bu və digər görüntüləri sizə təqdim edirik. Qeyd edək ki veriliş həftə içi hər gün saat 16:00 da yayımlanır:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər