3 yaşlı İsmayılın tapılandan sonrakı ilk kadrları – Video

3942

Ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlun tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uşağı FHN-in əməkdaşları tapıb. Uşaq itkin düşdüyü ərazidən xeyli aralıda, çay kənarından tapılıb. Artıq İsmayıl ailəsinə təhvil verilib.

***

Bir neçə saat bundan əvvəl tapılan 3 yaşlı İsmayılın əmisi Məhəmməd Məsimov “Qafqazinfo”ya açıqlama verib.  O, uşağın hazırda xəstəxanada olduğunu bildirib:

“Bir saata yaxındır ki, İsmayıl tapılıb.  Uşağın vəziyyəti yaxşıdır. İndi yanımda deyil, xəstəxanadadır. Üzündə az-maz cızıqlar var, yüngülvari yaralanıb. Meşənin içərisində çayın kənarında tapılıb. Hələlik bu barədə məlumatımız var”.

Fotolar: APA




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər