30 İLİN QİSAS GÜNÜ-ZƏFƏR GÜNÜMÜZ

583

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillərdən oldu.

30 illik həsrət, yurd sevgisi, vətən nisgili uzun illər idi ki, hər birimizi bir amal ətrafında birləşdirirdi ki, işğal altında qalan torpaqlarımızı yağı düşmənlərdən azad edək.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar müxtəlif çaplı artilleriyaqurğularından intensiv atəşə tutması nəticəsində  Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir. Bunun nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmş və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabr 2020-ci ildə Cəbrayıl, 17 oktyabr 2020-ci ildə Füzuli, 20 oktyabr 2020-ci ildə Zəngilan, 25 oktyabr 2020-ci ildə Qubadlı və 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən 10 noyabr 2020-ci il Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1dekabradəkErmənistan qüvvələrinin Dağlıq Qarabağ ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi elan edilmişdir.

Əslində Azərbaycan xalqı iki gün əvvəl-noyabrın 8-dən qələbəni qeyd etməyə başlamışdı. Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti,Ali  Baş komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən,öz hərbi-strateji önəmi ilə yanaşı, həm də  mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdi: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gərərək,mürəkkəbməsələlə-rin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin ədalətli hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi.

Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, bizim işimiz haqdır, Qarabağ Azərbaycandır!

44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından  üzüağ, alnıaçıq şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”- söyləyən Prezidentimiz, hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi. 8 Noyabr 2020-ci il xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı!

30 ildən sonra Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Bu gün azad edilmiş torpaqlarda möhtəşəm quruculuq işləri həyata keçirilir. 30 ildə daşı daş üstə qoymayan, yalnız talançılıqla, dağıdıcılıqla məşğul olan, abad kənd, qəsəbə və şəhərlərimizi xarabaya çevirən ermənilərdən fərqli olaraq, iki ildən az müddətdə əsl quruculuq, abadlıq işləri görməklə məşğul olmuşuq. Az müddətdəFüzuli və Zəngilan Beynəlxalq Hava Limanları tikilib istifadəyə verilmişdir. Əksər rayonlarda, xüsusilə Şuşada yaşayış binaları tikilmiş, yol infrastrukturu qurulmuş, məktəb, xəstəxana, bağça, məscid Pvə s. kimi ictimai tikililər sakinlərimizin ixtiyarına verilmişdir.  Görülən işlərin möhtəşəmliyinə düşmənlərimiz kimi dünya da heyran qalır. Belə işi yalnız torpağın əsl sahibləri görə bilər.

Düzdür, görüləsi işlər çoxdur. Yağı düşmənin bəd əməllərinin nəticəsini aradan qaldırmaq bir qədər vaxt aparacaq. Xüsusilə son vaxtlar Ermənistan rəhbərliyinin imzaladığı sazişdən yayınmaq cəhdi olsa da, Ali Baş Komandanımızın onlara endirdiyi və tez-tez xatırlatdığı dəmir yumruq yerindədir. Prezidentimiz həmişə deyir və yerinə yetirir. Bundan sonra da belə olacaq.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

NİZAMİ ƏHMƏDOV, Əməkdar müəllim, Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər