4-cü mərtəbəsindən yıxılan 2 yaşlı qız sağ qalıb

871

Sumqayıtda 4-cü mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qalıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə iyulun 11-i, gecə saatlarında Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 9/5, mənzil 5-də baş verib. Həmin ünvanda yaşayan, 2008-ci il təvəllüdlü Aysu Həmzəyeva yaşadığı evin pəncərəsindən yıxılıb. O, aldığı müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər