44 günlük Vətən Müharibəsi – Azərbaycanın şanlı tarixi

464

1988-ciildə başlayıb, 1994-cü ildə Azərbaycan torpaqlarının erməni işğalı altında qalması ilə nəticələnən I Qarabağ müharibəsi bütün azərbaycanlılar üçün qanayan yara idi. 1994-cü ildə elan olunan atəşkəs müxtəlif vaxtlarda ermənilər tərəfindən pozulmuşdur.
Əsas gedişatın Tovuz rayonunda baş verdiyi “İyul müharibəsi” 11 gün davam etmişdi. Müharibənin üçüncü günündə, 14 iyul tarixində Azərbaycan xalqının böyük hörmətlə andığı general mayor Polad Həşimov və Palkovnik İlqar Mirzəyev şəhid olmuşdu. 23 iyul tarixində atəşkəslə nəticələnən “İyul müharibəsinin” şərtləri avqust ayında bir daha pozulmuşdu. Lakin suyu daşıran sonuncu damcı, 27 sentyabrda ermənilər tərəfindən atılan addım olmuşdu.
27 sentyabr saat 06:00 radələrindəAzərbaycan Prezidenti Ali baş komandan İlham Əliyevin açıqlaması ilə Azərbaycan xalqı müharibənin “Dağlıq Qarabağ münaqişəsi” bitincəyədək başladığını anlamışdı. Bu xəbəri Azərbaycan xalqı eləcə də Türk dünyası böyük məmnuniyyətlə qarşıladı. Qonşu və qardaş ölkə Türkiyədən dəstək gecikmədi.
Erməni ordusu İrəvandan gələn əmirlərlə dincəhalisini gecə vaxtı artilleriya qurğuları ilə həlak etməkdən çəkinmirdi. Bu yıxımların ən böyüyünü sözsüz ki Gəncə şəhəri yaşamışdı. Beş fərqli gündə ətrafında heç bir əsgəri bina olmayan ərazisi bombalanan Gəncə ən böyük zərbəni 17 oktyabr tarixində almışdı. Ərazidəki jurnalistlərin verdiyi məlumata görə üç dəfə partlayış olan bu gecədə dinc əhalinin 20-yə yaxın evi məhv olmuş, 15 nəfər həlak edilmiş, 55 nəfər isə yaralanmışdı. Müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılar ölkədəki səfirliklərə üz tutub burada Gəncə şəhid və qazilərini anmışdılar. Belə bir vaxtda qorxub qaçmalı olan dinc xalq başlarına atılan artilleriya qurğusundan çəkilməmiş, gənclər müharibədə iştirak etmək üçün məntəqələrə üz tutarkən, qalan hərkəs isə cəbhəyə ərzaq, geyim və əsgərin ehtiyacı olacaq hər şeyi maşınlarla daşımağa başlamışdır. Müharibənin qızğın gedən vaxtlarında sənətçilər əsgərə verdikləri dəstəyi göstərmək və xalqı müharibəyə ruhlandırmaq üçün xüsusi musiqi klipləri çəkmişdilər.
Hələ ilk gündən işğal altında olan torpaqları geri alan Azərbaycan ordusu Cəbrayılı xilas etmişdi. “Hadrut” strateji ərazisinin alınması böyük coşqu ilə qarşılanmışdı. Bundan sonra sırayla Füzuli, Zəngilan, Qubadlı torpaqlarını azad edən ordunun xəbərləri gün keçdikcə xalqını daha da sevindirirdi. Artıq azərbaycanlılar nəfəsini tutub, o gözəl xəbəri gözləyirdilər. “Şərqin konservatoriyası”, “Qafqazın mədəniyyət beşiyi”, “Azərbaycanın döyünən ürəyi”, “Qarabağın incisi” Şuşanın işğaldan azad olma xəbəri.
8 noyabr tele-jurnalistlərin verdiyi xəbərlə xalq televiziyanın qarşısında yerini alıb, Ali baş komandanın edəcəyi açıqlamanı gözləyirdi. Hərbi geyimdə Heydər Əliyevin abidəsini ziyarət edən Prezident İlham Əliyev, burada əsgər salamı verərək ümummilli liderə qürurla xoş xəbəri vermişdi. Bundan sonra baş komandan şəhidlərimizi ziyarət etmiş və “Şuşa, sən azadsan” deyərək bu xəbəri xalqı ilə paylaşmışdı. Şuşanın işğaldan azad edilməsi, erməni ordusu üçün böyük məğlubiyyət idi. Pənahəli xanın əmri ilə dağın başına salınan Şuşaya gedən tək yolu keçməyi düşmən ordusu ağır hərbi qurğularla  qeyri-mümkün hala gətirmişdi. Bunu bilən Azərbaycan əsgəri isə sıldırım dağı gecə vaxtı yüngül silahlanmış vəziyyətdə qalxmışdı. Nəticədə Şuşada Azərbaycan bayrağı yenə dalğalanmışdı.
Şuşanın qaytarılması gözləri müharibə meydanından, paytaxt Bakı və İrəvana çevirmişdi. Çox gecikmədən 9 noyabr tarixində atəşkəs imzalandı. Sülh müqaviləsinə əsasən işğal altında qalan bütün torpaqlar tək atəş açılmadan azad etmişdir.

Üç minə yaxın şəhid verən Ana Vətən sınmış qanadına qovuşarkən övladları düşməni qorxu ilə qovmuşdur. Bu zaman düşmənin arxasında qoyduğu hərbi qurğular 10 dekabrda keçirilən Zəfər paradında nümayiş edilmişdir.
Ali baş komandanımız İlham Əliyevin də dediyi kimi:
Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır.
Aytac Mustafayeva, Bakı şəhər 93 nömrəli məktəbin şagirdi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər