5 rayon işğaldan azad olunur? – Rusiyalı ideoloqdan AÇIQLAMA

1167

Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasıyla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma mövcuddur.

sumqayitxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin söyləyib.

“Qarabağ problemi hər şeydən öncə Ermənistan və Azərbaycan xalqlarının problemidir. Bu, təkcə dövlətlər arasında münasibət yox, həm də xalqlar arasında münasibət deməkdir. Bu problemin həlli üçün Türkiyənin Azərbaycanın, İranın Ermənistanın, Rusiyanın hər iki tərəfin yanında yer alaraq proses başlatması prinsipcə reallaşa bilər. Əsas məsələ Qərbi mümkün qədər uzaqlaşdırmaqdır. Qərb regionun problemlərini anlamadan, özünün milli problemlərini öyrənmədən, yarıtmaz standartları ilə digərlərinin işinə qarışır. Rusiya, Türkiyə, İran isə çoxmillətlidir və onlar milli və dini qruplar arasında qarşılıqlı fəaliyyətlə bağlı çox böyük təcrübəyə sahibdirlər. Məsələn, Rusiya təkcə xristian ölkəsi deyil. Bəli, biz provoslav ölkəyik, amma bizim ölkədə çoxlu müsəlman da var və biz onlara düşmən kimi baxa bilmərik.

Türkiyə Azərbaycana milli birlik əsasında, İran isə Ermənistanla tarixi köklərlə bağlıdır. Digər tərəfdən, İranın Cənubi Azərbaycan problemi var. Beləliklə, bu üçbucaqda hər bir tərəf öz maraqları və prioritetlərinə sahibdir. Onların konsolidasiyası zamanı biz Qarabağın həllinə çata bilər. Üstəlik, artıq rayonların azad edilməsi alqoritmi hazırlanıb. Çoxları bunu Qarabağın satılması kimi şərh edir, amma bu belə deyil. Məsələ Bakı və İrəvan arasındakı konstruktiv dialoqdur. 5 və ya 7 regionun Azərbaycana qaytarılması xoş niyyətin nümayişi, gərginliyin azaldılması, situasiyanın deeskalasiyasında həlledici addım ola bilər. Bundan sonra hərbi konflikt təhdidi əhəmiyyətli dərəcədə azalacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər