5 yaşlı qızını dəcəllik etdiyi üçün öldürdü - DƏHŞƏTLİ QƏTL

1306
Rusiyanın Soçi şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 28 yaşlı Murad Mirzə oğlu Şahmirzəyev 5 yaşlı qızı Veronikanı bıçaqla öldürdükdən sonra Abxaziyaya qaçmaq istəyərkən saxlanılıb.
Məlumata görə, evdə dəcəllik edən Veronikaya bir neçə bıçaq vuran Mirzə onun meyitini şəhər kənarına apararaq basdırıb. Sonra isə polis idarəsinə gedərək qızının itkin düşdüyünü bildirib.
Tezliklə min nəfərə yaxın yerli sakin ətraf meşəlik ərazidə Veronikanın axtarışına başlayıb. Evin yaxınlığından axan çayda axtarışa dalğıclar cəlb edilib.
Mirzə Şahmirzəyev təkrar dindirildikdə isə onunla bağlı şübhələr yaranıb. Müstəntiqlər onu sərbəst buraxandan sonra izləməyə başlayıblar. Məlum olub ki, Mirzə Abxaziyaya qaçmaq istəyir. Həbs edilən Şahmirzəyev qısa dindirmədən sonra törətdiyi cinayəti boynuna alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər