500-dən çox bal toplayan gənclərlə görüş keçirilib

691

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində 2012-2013-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan gənclərlə silsilə görüşlər keçirilir.

Keçirilən görüşlərdə Baş İdarənin rəisi Musa Həsənov  hər il ali məktəblərə qəbul imtahanlarında sumqayıtlı gənclərin xüsusilə fərqləndiklərini nəzərə çatdırmış, gənclərə əldə olunan nailiyyətləri qoruyub saxlamağı, ictimai işlərdə və şəhərin mədəni həyatında fəal olmağı tövsiyyə edib.

Baş İdarənin rəisi şəhərdə dinamik templərlə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin xüsusilə, gənclərin zövqünə tam cavab verdiyini qeyd edib.

Gənclər və onların valideynləri diqqət və qayğıya görə şəhər rəhbərliyinə öz minnətdalıqlarını bildirmişlər. Görüş iştirakçılarına Baş İdarənin hədiyyələri təqdim edilmişdir.

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər