69 manata görə həbs olundu

732

Sürücü S.Babayevi bıçaqla hədələyərək 69 manat pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əhmədov tutulmuşdur

Yanvarın 23-də saat 15.00 radələrində Sumqayıt şəhəri Sülh küçəsində naməlum şəxs şəhər sakini Sahil Babayevin idarə etdiyi “VAZ-2109” markalı avtomaşına sərnişin qismində oturub Corat qəsəbəsinə gedəcəyini bildirmişdir. Corat qəsəbəsi ərazisində həmin şəxs S.Babayevi bıçaqla hədələyərək 69 manat pulunu almışdır.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Raul Əhmədov tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər