8 sülhməramlının ölümünə görə korpus komandiri işdən çıxarıldı

535

Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 8 rus hərbçinin ölümünə görə korpus komandiri işdən çıxarılıb.

sumqayitxeber.com Musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu – red.) komandiri Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Onu da bildirək ki, hadisə zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandir müavini İvan Kovqan da həlak olub.

Qeyd edək ki, Q. Abbasovun 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Xatırladaq ki, polkovnik Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən müharibəsindən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın alınması uğrunda” və “Zəngilanın alınması uğrunda” medalları ilə təltif edilib.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci Korpusa komandir təyin olunub. Daha əvvəl isə 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər