83 millətin nümayəndəsinin birgə yaşayıb-yaratdığı yeganə şəhər – SUMQAYITDAN VİDEOREPORTAJ

1243
Əhalisinin sayına görə Azərbaycanın ikinci, sahəsinə görə Bakı və Gəncədən sonra üçüncü böyük şəhəri olan Sumqayıt 68 yaşını qeyd edir. 
Əminəm ki, çoxlarınıza maraqlıdır görəsən Sumqayıt sözünün mənası nədir, şəhər neçə və kim tərəfindən yaradılıb və s. Elə isə gəlin tarixə qısa səyahət edək. “Sumqayıt” toponiminin yaranması barədə 3 fərqli versiya mövcuddur. Bəzi tarixçilərin yazdıqlarına görə, vaxtı ilə bu ərazilərdə Saqaitlər adlı türk tayfası yaşayıb. Və şəhərin adı elə buradan götürülüb. Bəziləri isə bunu Sumqayıt çayı ilə əlaqələndirirlər. Məsələ ondadır ki, çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar “su qayıdan çay” deyiblər. Fərziyyəyə əsasən, onun və sonradan salınan şəhərin adı da, məhz bu ifadədən gəlir. Digər fərziyyəyə əsasən isə bu bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gəncin əfsanəsindən irəli gəlir.Sumqayıta gənclik şəhəri deyirlər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye, kimyaçılar, inşaatçılar şəhəri… Qəsəbədə yaşayan və ömrünün 60 ildən çoxunu bu şəhərlə bağlayan Rəhman Ramazanov o günləri belə xatırlayır. Vaxtilə həvəslə Xəzərin sahilinə şəhər salmağa gələn 20-25 yaşlı gənclərin çoxu indi yaşlanıb, dünyasını dəyişib. Amma şəhərin bu günüylə öyünən, yaşı səksəni ötən Sumqayıtlılar az deyil. Şəhər Sovet dövründəki statusu indi də daşıyır. Son illər yaradılan ölkə əhəmiyyətli yeni zavodlar, sənaye müəssisələri buna sübutdur. Təsadüfi deyil ki, Sumqayıt respublika üçün kadrlar hazırlayan laboratoriya da adlandırılır. Ölkənin iqtisadi, mədəni və intellektual potensialının gücləndirilməsində xüsusi nailiyyətləri var Sumqayıtın.
Sumqayıt dünyanın yeganə şəhəridir ki, burada 83 millət və xalqın nümayəndəsi birgə yaşayıb-yaradıb. 339 min əhalisi olan Sumqayıtda bu tendensiya indi də davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər