“Əhsən sənə, Əhsən!” kitabı işıq üzü görüb

976

“”Şərq-Qərb” nəşriyyatında nəşr edilən kitabların siyahısına yazıçı-jurnalist RafiqHacıyevin “Əhsənsənə, Əhsən!” kitabıda əlavə edildi. Kitabda ustad tarzənin həyat və yaradıcılığından söhbət açılır, müxtəlif sənət adamlarının, şəxsiyyətlərin onun haqqında xatirələri toplanır.

Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitabı əldə edən oxucular bu böyük sənətkarla bağlı maraqlı faktlar öyrənə biləcəklər:“Məsələn, xarakterində qəribəliklər olan xanəndə Qədir Rüstəmovun “Sona bülbüllər”i oxuyub lentə yazdırması üçün Əhsən Dadaşovteleviziyada düz 34 dəfə çəkiliş təşkil edib… Məhz onun bu cəhdi və zəhməti nəticəsində Azərbaycan xalqı bu böyük xanəndəni kəşf etmiş olub. Kitabda virtuoz tarzənin şəxsi keyfiyyətlərinə də işıq salınır. Onun, əslində,kövrək insan olduğu, “Sona bülbüllər”i ifa edərkən belə göz yaşını saxlaya bilmədiyi kimi faktlar da oxucuların marağına səbəb olacaq”.

Əhsən Dadaşovun 95 illik yubileyi üçün yazılan bu kitab sənətsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər