Əli Hüseynli birinci vitse-spiker seçildi – DOSYE

1042

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

Modern.az-ın məlumatına görə, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker seçilib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Qeyd edək ki, Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.

1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib.

1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1988-1989-cu illərdə hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1993-cü ildə təhsilini başa vurub.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.

Hüquq elmləri doktorudur.

Beşinci çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Gənclər və idman komitəsinin üzvü olub. Əli Hüseynli Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri idi. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür. O, Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər