ABŞ bu razılaşmadan ŞOKA DÜŞƏCƏK: Türkiyə, Rusiya, İran… – RƏSMƏN AÇIQLANDI

1468

Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarətin aparılması mövzusunda razılaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himmət bildirib.

O, yaxın gələcəkdə Türkiyə və Rusiyanın mərkəz banklarının rəhbərləri ilə bir araya gələcəklərini və razılaşdırılmış məsələlərin sürətli şəkildə icrasına keçməyi arzu etdiklərini ifadə edib.

Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumlarından sonra dollardan imtina edərək xarici ölkələrlə ticarətdə milli valyutalardan istifadə edilməsi Ankaranın proritet siyasətinə çevrilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində Çin, Rusiya və Ukrayna ilə ticarətini milli valyuta ilə həyata keçirmək üçün işlərə başladıqlarını açıqlamışdı. Prezident dollardan asılılığa son qoymaq üçün Avropanı da milli valyuta ilə ticarət aparmağa çağırmışdı.

Bir neçə gün əvvəl isə Belarusun Türkiyədəki səfiri Andrey Savinıx bildirib ki, Türkiyə və Belarus qarşılıqlı ticarətdə türk lirəsi və Belarus rubluna geçmək istəyir.

“Türkiyə və Belarus bundan sonra iki ölkə arasında aparılacaq ticarətdə milli valyutalara keçmək istəyir. Bu, ticari əlaqələrə müsbət təsir edəcək”, – belaruslu diplomat bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər