Administrasiyanın yeni rəhbəri kimdir?

1401

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi  Prezident Administrasiyasına rəhbər təyin edib.

Yeni Administrasiya rəhbərinin tərcümeyi-halını oxuculara təqdim edir:

Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub.

O, 1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

2006-cı ildə o, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Prezidentin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Evlidir, iki uşaq atasıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər