AFFA-dan “Sumqayıt”ın prezidenti və baş məşqçisinə – XƏBƏRDARLIQ

831

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda Premyer Liqanın II turunda keçirilən oyunlarla bağlı bir sıra qərarlar qəbul olunub.

Avqustun 25-də “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildiriblər.

İntizam Komitəsi R.Rəfiyev və A.Abbasova bununla bağlı ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər