“Ağçiçəyim” gül mağazası yanır – Foto + VİDEO

1678

Bakıda məşhur gül salonu yanır.

Sumqayitxeber.com Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda “Ağçiçəyim” gül salonunda yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.Yanğının söndürülməsi üçün tədbirlər görülür.

***

Yanğınla bağlı FHN açıqlama yayıb. “Yeni Sabah” xəbər verir ki, açıqlamaya görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən gül mağazasının dam örtüyü yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər