Ağdam yolu açılır: Bakıdan Xankəndiyə bu məhsullar gətiriləcək – DETALLAR

350

Bütün mümkün variantları fiaskoya uğrayan separatçılar reallığı qəbul etmək zorunda qalıblar. Dünən Xankəndidə separatçıların Ağdam yolunun açılması ilə bağlı müzakirə apardıqları haqda məlumat vermişdik.

Erməni mətbuatı bu görüşün detallarını açıqlayıb. Baş separatçı Arayik Harutyunyan “təhlükəsizlik şurası”nın iclasında bildirib ki, Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edilib.

O da qeyd edilir ki, bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün Karen Mateusyanın başçılığı ilə “milis hərəkəti” əvvəlcədən təşkil edilib.

Araik Ağdam yolu vasitəsilə Xankəndiyə nələrin daxil olacağını da açıqlayıb. O bildirib ki, bu yol vasitəsilə tikinti materialları, dizel yanacağı, dərmanlar daxil olacaq, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Laçın yolunda hərəkət məhdud olacaq.

Qaz və elektrik enerjisi də Azərbaycandan gələcək Amma bu məsələ növbəti mərhələdə həllini tapacaq. Bundan əlavə, Azərbaycanın tələbi ilə Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolu da istismara veriləcək.

Bütün bu açıqlamalardan görünür ki, Azərbaycan hakimiyyəti istəyini reallaşdırır. Xankəndi addım-adım Azərbaycan dövlətinin nəzarətinə keçir. Böyük ehtimalla, separatçılar bütün variantların tükəndiyini və növbəti mərhələdə ordunun işə başlayacağını anladıqları üçün reallıqla barışmalı olublar.//Publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər