Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi – İBRƏTAMİZ…

3639
2015-ci ilin sentyabrında düşmən təxribatının qarşını alarkən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət keçən hərbçisi Qoşqar Hacıyev başından ağır yaralanmışdı. Vəziyyəti getdikcə ağırlaşan Qazimizə iş adamı Mübariz Mənsimov Türkiyədən şəxsi təyyarəsini göndərmək istəyib.
Məsələyə bağlı “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı Moderator.az-a açıqlama verib:
“Qoşqar Hacıyev iki dəfə dövlət dəstəyi ilə Türkiyədə əməliyyat və müalicə kursu keçib. Azərbaycana qayıtdıqdan sonra Silahlı Qüvvələrin Kliniki Hospitalında aprel ayından müalicəsini davam etdirirdi. Oktyabrın əvvəlində onun vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilib. Getdikcə durumu ağırlaşan hərbçimizin Türkiyəyə yola salınması üçün xüsusi ixtisaslaşdırılmış təyyarəyə ehtiyac yaranmışdı. Bunu eşidən iş adamı Mübariz Mənsimov xəbər yolladı ki, belə təyyarə göndərməyə hazırdır. Lakin sonradan məlum oldu ki, Qoşqar Hacıyevi müalicə edən həkimlər Bakıdadılar. “Əsgər Ailələrinə Dəstək” ictimai birliyi Mübariz bəyə minnətdarlığını bildirir. Mübariz bəy, var olun, vətənin sizin kimi övladları sağ olsunlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər