“Alfa Sığorta” nın yeni veb səhifəsi istifadəyə verilmişdir

804

Alfa Sığorta şirkətinin yenilənmiş korporativ veb səhifəsi sentyabr ayının 1 dən istifadəyə verilmişdir. Şirkətin yeni dizayn üslubunda tərtib olunmuş veb səhifə həm forma, həm də məzmun baxımından çox daha zəngindir. www.alfa.az ünvanında yerləşən saytda standard məlumatlarla və pəncərələrlə yanaşı bir sıra yeniliklər və ilklər nəzərə çarpır. Belə ki, Azərbaycan sığorta bazarında ilk dəfə olaraq Onlayn Dəstək bölməsi yaradılmışdır ki, bunun vasitəsilə real zamanda canlı olaraq öz suallarınızı şirkətin müştəri əlaqələri üzrə menecerinə yönəldə bilərsiniz. Bununla yanaşı, E-ALFA adlanan bölmədə Alfa Sığorta şirkətinin internet xidmətlər bölməsi yerləşir. E –ALFA vasitəsilə müştərilər sığorta hadisəsi barədə sənədləri onlayn təqdim edə, sorğular verə, sığorta üçün müraciət edə, sığortalanmaq üçün lazımi məlumatları onlayn olaraq şirkətə yollaya, şəhadətnamələri onlayn olaraq ala və sığorta haqlarını sayt vasitəsilə plastik kartlarla ödəyə bilərlər. Bu isə müştərilərin vaxtına və puluna qənaət etmək deməkdir. İlk mərhələdə Azərbaycan dilində yayımlanan saytın çox yaxın zamanda ingilis dilli versiyası da hazır olacaq.

Bundan əlavə şirkətdən verilən məlumata görə Alfa Sığorta şirkəti avqust ayından Yaşıl Kart sığorta şəhadətnamələrinin Azərbaycanda satışına başlamışdır. Bu isə Yaşıl Kart zonasına daxil olan nəqliyyat vasitəsi sahiblərinin rahatlığını təmin edərək sərhəd zonasında vaxt itirmələrinin, səfərlərinin ləngiməsinin qarşısını alır, vəsaitlərinə qənaət etmələrinə səbəb olur.

Növbəti yenilik Səfər Sığortaları ilə bağlıdır. Sentyabr ayından etibarən Səfər Sığortaları yenilənmiş və təkmilləşdirilmiş şəkildə müştərilərə təqdim olunacaqdır. Dünyanın harasında olmağınızdan asılı olmayaraq, Alfa Sığortanın şəhadətnamələri ilə sağlamlığınız zəmanət altında olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər