226 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında “Zəfər tarixi yazmış şanlı ordumuz” adlı tədbir təşkil olunub.Sumqayıt Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Silahlı Qüvvələr Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilib. Ramiz Hüseynov Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan hərbçisinin peşəkarlığının, xalq-ordu birliyinin və dövlətimizin gücünün parlaq nümunəsi olduğunu vurğulayıb.Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Ölməz” qəhrəmanlıq dramı nümayiş etdirilib. Tamaşada Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yolu, Vətənə sədaqəti və göstərdiyi qəhrəmanlıq nümunələri səhnə dili ilə tamaşaçılara təqdim olunub.İştirakçılar tamaşanı böyük maraqla izləyib, əsərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.Tədbir Azərbaycan Ordusunun şanlı tarixinin, qəhrəman hərbçilərimizin göstərdiyi şücaətin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad olunması ilə yadda qalıb.














Müzakirə qapadılmışdır.