Almaniyalı qonaqlar Sumqayıt “ASAN xidmət” Mərkəzində olub – FOTO

2591

Sumqayıt şəhərində səfərdə olan Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti  2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, nümayəndə heyətlərinin üzvləri “ASAN xidmət” Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

2 saylı Regional ASAN Xidmət mərkəzinin direktoru Tural Məmmədov qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi 20 iyul 2022-ci ildə istifadəyə verilib. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmələr göstərilir. Mərkəzdə  ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışır.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər