Almaniyalı qonaqlar Sumqayıtda – FOTOLAR

1412

Sumqayıtda səfərdə olan Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti Sumqayıtla yaxından tanış olublar.

Səfər çərçivəsində qonaqlar Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrində olublar. Bildirib ki, vaxtilə mövcud olmuş köhnə müəssisələr Prezident İlham Əliyevin tapşırığı ilə sökülərək yerində müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz yeni zavodlar tikilib istifadəyə verilib. Bu müəssisələrin açılması Sumqayıtda işsizlik probleminin aradan qaldırılmasına mühüm töhfə verib.

Sumqayıt şəhərinə səfər çərçivəsində qonaqlar, həmçinin Şəhidlər Xiyabanında, Nəsimi parkında, Sumqayıtın tarixi muzeyində, Bayraq Muzeyində və dənizkənarı bulvarda olub, şəhərdə görülmüş işlərlə yaxından tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər