Anasının yas mərasimində öldürüldü

862

Ehtiyatsızlığı nəticəsində yıxılaraq ölmüş Sumqayıt şəhərinin Köhnə Corat qəsəbə sakini Faiq Kərimova Rahil Zahirov tərəfindən küt alətlə xəsarət yetirməsi müəyyən edilib

Sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, sentyabrın 23-də Sumqayıt şəhərinin Köhnə Corat qəsəbə sakini Faiq Kərimov sərxoş halda həyətində ehtiyatsızlığı nəticəsində yıxılmış və aldığı kəllə-beyin xəsarətindən sentyabrın 24-də xəstəxanada ölüb.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı F.Kərimovun sentyabrın 23-də Köhnə Corat qəsəbəsi ərazisində qəsəbə sakini Rahil Zahirov tərəfindən münaqişə zəminində küt alətlə vurulması müəyyən edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Zahirov tutulmuşdur.

Sumqayıt Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə isə Faiq Kərimov anasının yas mərasimi günü qətlə yetirilib. Cümə axşamı günü, saat 20:00 radələrində Rahil Zahirov Faiq Kərimovla həyətdə mübahisə edib. Bu zaman Zahirov taxta parçası ilə Kərimovun başına zərdə endirib. Faiq Kərimov həmin zərbədən aldığı xəsarət nəticəsində ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər