Aprel döyüşlərinə həsr olunmuş”Zəfərin baslanğıcı” adlı tədbir keçirilib

385

Sumqayıt şəhəri Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli adına 14 nömrəli məktəbin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş”Zəfərin baslanğıcı” adlı tədbir keçirilib.

Sumqayıt şəhəri “Poeziya evi”ndə keçirilən tədbirdə şəhid ailələri, Abşeron -Xızı Regional Təhsil İdarəsinin metodisti Tahirə Səfərova, məktəbin direktoru Fatma Bayramova və məktəbin kollektivi iştirak etdilər.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əliyeva və məktəbin təşkilatçısı Mahirə Quliyeva tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər