Aqiyə Naxçıvanlı: Məktəb direktorları mütləq azərbaycanlı olmalıdır

1901

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin sonuncu – üçüncü oxunuşunun müzakirəsi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, qanun layihəsinin son variantı – üçüncü oxunuşu ilə bağlı MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin qısa məlumatı dinlənilib.

O qeyd edib ki, qanun layihəsinin sonuncu variantı ötən oxunuşlarda səsləndirilən təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

MM-in digər komitə sədri Aqiyə Naxçıvanlı qanun layihəsində hələ də üslub səhvlərinin, xətaların qaldığını və onların aradan qaldırılmasının vacibliyini bildirib.

Həmçinin qeyd edib ki, ümumtəhsil müəssisələrinə ianələr edən sahibkarlara güzəştlər nəzərdə tutulmalıdır.

Komitə sədri bununla yanaşı bildirib ki, təsisçisi əcnəbi olan ümumtəhsil məktəblərinin direktorları mütləq azərbaycanlı olmalıdır:

“Müavinin nə səlahiyyəti var ki? Ona görə də direktor mütləq azərbaycanlı, Azərbaycan vətəndaşı olmalıdır”.

İanələr məsələsinə toxunan spiker Oqtay Əsədov isə deyib ki, buna ayrılıqda baxmaq olar:

“Yəni ianələrlə bağlı qanunvericiliyimizdə bu məsələni həll etmək olar”.

Qısa müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda və bütövlükdə qəbul olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər